Prezident seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçiriləcək

21:56 - 13 Yanvar 2024

Prezident seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçiriləcək

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə yanvarın 15-də saat 14:00-da püşkatma keçiriləcək.

 

Bu barədə Manset.az-a Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.

MSK-nın inzibati binasında keçiriləcək püşkatmanın məqsədi seçkiqabağı təviqat aparmaq üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar arasında bərabər şərtlərlə və bərabər həcmdə bölgüsüdür.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az