Çin doğumları təşviq etmək üçün hərəkətə keçdi

17:25 - 28 Fevral 2024

Çin doğumları təşviq etmək üçün hərəkətə keçdi

Çinin əhalisi 2023-cü ildə ardıcıl ikinci il azaldığından, ölkənin Sian şəhərinin səlahiyyətliləri hərəkətə keçib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, doğuşların az olduğu bir dövrdə toyları təşviq etmək üçün nikah şəhadətnaməsi təqdim edən yeni evlənənlərə lotereya hədiyyələrinin verilməsinə qərar verilib.

Sian şəhəri martın 1-dən etibarən nikah şəhadətnaməsini təqdim edən hər bir cütlüyə lotereya bileti vəd edib.

Səlahiyyətlilər nikah şəhadətnaməsini təqdim edən yeni evlənənlərə veriləcək lotereya biletlərinə 700 min yuan (97 min dollar) xərcləyəcək.

Xatırladaq ki, Çinin əhalisi 2023-cü ildə ardıcıl ikinci dəfə azaldığı halda, yeni doğuşlar 2016-cı ildəkinin təxminən yarısına qədər azaldı və 2022-ci ildə evliliklər rekord azalma yaşayıb.

Çinin əhalisi 2023-cü ildə ardıcıl ikinci ildir ki, azalıb, çünki evlilik nisbətləri doğum nisbətləri ilə sıx bağlıdır, subay analar çox vaxt uşaq tərbiyəsi müavinətlərindən məhrum olurlar.

Əfsanə Rəcəb

Manşet.az

 

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az