İtaliyanın Baş naziri yarım qalan arzularından danışıb

21:36 - 28 Fevral 2024

İtaliyanın Baş naziri yarım qalan arzularından danışıb

İtaliyanın Baş naziri Giorgia Meloni əvvəllər müğənni və ya voleybolçu olmaq arzusunda olduğunu deyib.

 

Manset.az  xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.

“Müğənni olmaq istəyirdim, amma yaxşı dinləmə qabiliyyətim yoxdur”, - deyə Meloni bildirib.

O, əlavə edib ki, voleybol komandasında oynamaq arzusunda da olub, boyu buna mane olub. Baş nazirin yarımçıq qalmış arzularından biri də pop ulduz Maykl Ceksonla görüşmək olsa da, onun buna vaxtı olmayıb.

47 yaşlı Meloninin sözlərinə görə, o, heç vaxt siyasətçi olmaq barədə düşünməyib. Baş nazir olmaq heç vaxt onun arzuları siyahısında olmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az