logo
logo logo
logo

ABŞ-də təyyarə qəzası – Uçuşlar dayandırıldı

16:56 - 26 Noyabr 2026

ABŞ-də təyyarə qəzası – Uçuşlar dayandırıldı

ABŞ-nin Florida ştatında yerləşən Mayami Beynəlxalq Hava Limanında təhlükəli insident yaşanıb.


Manset.az xəbər verir ki, Tennessi ştatından havaya qalxan "FedEx" şirkətinə məxsus yük təyyarəsi çərşənbə günü axşam saatlarında Mayami aeroportuna eniş edərkən idarəetmədən çıxaraq uçuş-enmə zolağından kənara yuvarlanıb.

Hadisə ilə əlaqədar ABŞ Federal Aviasiya Administrasiyası (FAA) hava limanındakı uçuşları müvəqqəti olaraq dayandırıb. Təhlükəsizlik tədbirləri çərçivəsində aeroportun biri istisna olmaqla, bütün uçuş-enmə zolaqları bağlanıb.

İlkin məlumata görə, insident nəticəsində xəsarət alan olmayıb. Təxminən 90 dəqiqəlik fasilədən sonra hava limanında reyslərin icrası yenidən bərpa edilib.

Qeyd edək ki, hava nəqliyyatındakı bu ləngimə ABŞ-də ilin ən sıx səyahət günlərindən hesab olunan Şükranlıq Günü ərəfəsinə təsadüf edib. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma başladılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az