Küveyt ordusu İranın ölkə ərazisindəki kritik əhəmiyyətə malik obyektə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirdiyini açıqlayıb.
Manset.az xəbər verir ki, rəsmi məlumata görə, hücum nəticəsində 4 nəfər xəsarət alıb.
Küveyt ordusunun yaydığı bəyanatda ölkənin hava məkanına daxil olan İrana məxsus çoxsaylı PUA-ların aşkar edildiyi bildirilib. Hücumun qarşısını almaq məqsədilə hava hücumundan müdafiə sistemlərinin dərhal işə salındığı və hədəflərə müdaxilə olunduğu qeyd edilib.
Hadisənin təfərrüatları və obyektə dəyən zərərin miqyası ilə bağlı əlavə məlumat verilməyib.