Şimali Koreya lideri Kim Çen In ölkənin malik olduğu taktiki nüvə silahlarının müxtəlif sahələrdə tətbiqinin genişləndirilməsinə çağırış edib.
Manset.az ölkənin rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən xəbər verir ki, Kim Çen In Nüvə Silahları İnstitutuna baş çəkərək görülən işlərlə yerində tanış olub.
İnstitutun mütəxəssisləri qarşısında çıxış edən dövlət başçısı nüvə arsenalını gücləndirmək və təkmilləşdirmək məqsədilə material istehsalı gücünün sistemli şəkildə artırıldığını diqqətə çatdırıb.
İstehsal sektorunun müxtəlif tapşırıqlara uyğun taktiki nüvə silahlarına fokuslanmalı olduğunu vurğulayan Kim Çen In bu silahların fərqli istiqamətlərdə istifadəsinin daha da genişləndirilməsi barədə tapşırıq verib.