Avropa İttifaqına (Aİ) üzv 27 ölkənin liderləri qurumun 2028–2034-cü illəri əhatə edəcək uzunmüddətli büdcəsini müəyyənləşdirmək məqsədilə Belçikanın paytaxtı Brüsseldə bir araya gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, toplantıda yeni dövr üzrə büdcənin ümumi həcmi və üzv dövlətlərin bu fonda ödəyəcəyi töhfələrin miqdarı ətrafında razılıq əldə olunması hədəflənir.
İki gün davam etməsi planlaşdırılan Aİ Liderlər Zirvəsi öncəsi jurnalistlərə açıqlama verən Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta yeni uzunmüddətli büdcənin sammitin ən vacib gündəm maddəsi olduğunu vurğulayıb.
Fermerlərə dəstəyin zəruriliyini qeyd edən A.Koşta qarşıdakı dövrün əsas prioritetlərini də açıqlayıb:
"Şəhərlərimizə və regionlarımıza dəstək göstərməliyik. Təhlükəsizlik və müdafiə sahələrinə daha çox sərmayə yatırmalı, rəqabət qabiliyyətimizi yüksəltməli, eyni zamanda vətəndaşlarımızın enerji qiymətləri və mənzil təminatı kimi məsələlərlə bağlı gözləntilərinə cavab verməliyik".