logo
logo logo
logo

Almaniyada sinaqoqa hücum planı - 250-dən çox polis səfərbər oldu

17:49 - 26 Noyabr 2026

Almaniyada sinaqoqa hücum planı - 250-dən çox polis səfərbər oldu

Almaniyada Köln şəhərində yerləşən sinaqoqa hücum planlaşdırmaqda şübhəli bilinən və İranyönümlü terror təşkilatının üzvü olduqları ehtimal edilən 2 İraq vətəndaşı saxlanılıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Almaniya Federal Baş Prokurorluğunun məlumatına görə, təşkilatın tapşırığı ilə hərəkət edən şəxslər 2026-cı ilin mart ayının sonlarında böyük ehtimalla partlayıcı qurğu ilə Köln və digər bir Avropa şəhərindəki sinaqoqlara doğru yola çıxıblar. Lakin terror planı son mərhələdə hələlik naməlum səbəbdən icra olunmayıb.

Almaniya hüquq-mühafizə orqanları 3 federal əyalətdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin iki şübhəlini ələ keçirib. Onların Avropadakı ABŞ, İsrail və yəhudi təşkilatlarına qarşı hücumlarla tanınan İranyönümlü strukturla əlaqəli olduqları bildirilir.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az