“LUKOİL”dən neft bazarına təsir edəcək qərar

15:27 - 08 Aprel 2022

“LUKOİL”dən neft bazarına təsir edəcək qərar

Ukraynaya hücumlarına görə sanksiyaya məruz qalan Rusiya neft hasilatını dayandırmaq təhlükəsi ilə üz-üzə qalıb.


Manset.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Rusiyanın “Kommersant” qəzeti sanksiyalar səbəbindən məhsul ixrac edə bilməyən Rusiya neftayırma zavodlarının texniki problemlərlə üzləşdiyini yazıb. 

LUKOIL toplanmış mazutunu saxlamaqda çətinlik çəkdiyi üçün hasilatı dayandırmalı ola bilər.

4 neft emalı zavoduna malik olan LUKOIL Rusiyada Rosneftdən sonra ikinci ən böyük neft istehsalçısıdır. Şirkət 2021-ci ildə 43 milyon tona yaxın xam neft emal edib.

Rusiyanın hasilatı dayandırmaq qərarı neft bazarına təsir edə bilər.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az