“Müharibəni yalnız Putin dayandıra bilər” - Zelenski

13:39 - 09 Aprel 2022

“Müharibəni yalnız Putin dayandıra bilər” - Zelenski

“Ukraynanın Rusiya Federasiyası ilə danışıqlar masası arxasına əyləşməkdən başqa yolu yoxdur. Çünki müharibəni yalnız Rusiya Prezidenti Vladimir Putin dayandıra bilər”.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Bild” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Putinlə təkbətək danışıqlar aparmaq ideyası bu gün də, hətta Buça və Kramatorskdakı hərbi cinayətlərdən sonra da aktualdır.

“Bu gün Ukraynanın danışıqlar masası arxasına oturmaqdan başqa seçimi yoxdur. Rusiyada isə bu müharibəni dayandıra biləcək bir qüvvə var. Yalnız o (Putin-red.) bu müharibənin nə vaxt bitəcəyinə qərar verir”, - Zelenski deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az