Ukrayna və Rusiya əsirləri dəyişdiriblər

21:54 - 09 Aprel 2022

Ukrayna və Rusiya əsirləri dəyişdiriblər

Ukrayna və Rusiya Rusiya Federasiyası genişmiqyaslı müharibənin başlanmasından bu günə kimi üçüncü dəfə əsir mübadiləsini həyata keçirib.

Bu barədə Manset.az Ukrayna baş nazirinin müavini, reinteqrasiya naziri İrina Vereşçukun teleqramdakı paylaşımına istinadən xəbər verir.

Onun sözlərinə görə, əsirlərin dəyişdirilməsi Prezident Volodimir Zelenskinin göstərişi ilə baş tutub.

"12 əsgərimiz evə qayıdır ki, onlardan biri qadın zabitdir. Biz də 9-u qadın olmaqla 14 mülki şəxsi azad etdik. Ümumilikdə 26 nəfərimiz azad edildi", - o yazıb.

Xatırladaq ki, son əsir mübadiləsi aprelin 1-də baş tutub. Həmin gün 15-i qadın olmaqla 86 Ukrayna əsgəri Rusiyanın əsirliyindən azad edilib.

Qeyd edək ki, tərəflər mart ayından rəsmi şəkildə əsir mübadiləsini həyata keçirməyə başlayıblar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az