İsraildə atışma: Xəsarət alanlar var

22:28 - 09 Aprel 2022

İsraildə atışma: Xəsarət alanlar var

İsrailin Rahat şəhərində baş verən atışma nəticəsində azı 5 nəfər yaralanıb.

Manset.az xəbər verir ki, bu barədə “Times of Israel” polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə cümə günü baş verib. Bir neçə naməlum şəxs kafeyə soxulub və hamıya atəş açıb. Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır, qalanları isə orta-ağır xəsarətlər alıb.

Qəzet yazıb ki, polis hadisə ilə bağlı dörd şübhəlini saxlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az