Əfqanıstanın Moskvadakı səfirliyi Talibana təhvil verilib.
Manset.az xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, Əfqanıstanın Moskvadakı səfirliyi Taliban administrasiyası tərəfindən təyin edilmiş və bir müddət əvvəl Rusiya tərəfindən təsdiqlənmiş bir diplomata təhvil verilib.
Diplomatın Əfqanıstan vətəndaşlarına Rusiyada xidmətə davam edəcəyi bildirilib.