Pakistan yeni ballistik raketini sınaqdan keçirdi

21:39 - 10 Aprel 2022

Pakistan yeni ballistik raketini sınaqdan keçirdi

Pakistanda “yer-yer” sinfinə daxil olan “Şahin-3” uzaq mənzilli ballistik raketi uğurla sınaqdan çıxarılıb.

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, nüvə başlığı daşımağa qadir olan yeni ballistik raket 2750 kilometr məsafədəki hədəfə zərbə vura bilir.

Bu sinifdən olan ilk raketin sınağı 2015-ci ildə baş tutmuşdu.

Bundan əvvəl Pakistanda “Babur” (uçuş məsafəsi 490 kilometr), “Şahin -1” (650 km), Ghauri (1300 km), və “Şahin-2” (1500 km) raketləri də uğurla sınaqdan çıxarılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az