Fransada ikinci tura keçə bilməyən bəzi namizədlər Makronu dəstəklədi

23:03 - 10 Aprel 2022

Fransada ikinci tura keçə bilməyən bəzi namizədlər Makronu dəstəklədi

Fransanın sağ mərkəzçi “Respublikaçılar Partiyası”ndan prezidentliyə namizədi Valeri Pekress seçkidə məğlub olduğunu etiraf edib.

Bu barədə Manset.az RİA “Novosti”yə istinadən xəbər verir.

Valeri Pekress seçkilərin ilk turunda 5,1% səslə beşinci yerdə qərarlaşıb. Pekress seçkilərin ikinci turunda tərəfdarlarını Makrona səs verməyə çağırıb.

Fransada keçirilən prezident seçkilərinin ikinci turuna keçə bilməyən “Avropa-Ekologiya-Yaşıllar” partiyasının üzvü Yannik Jado və “Əyilməz Fransa” siyasi partiyasının rəhbəri Jan-Lük Melanşon da seçiciləri hazırkı dövlət başçısı Emmanuel Makronun namizədliyini dəstəkləməyə çağırıb.

Fransa Kommunist Partiyasının lideri Fabien Roussel Emmanuel Makronu açıq şəkildə dəstəkləməyib, lakin tərəfdarlarını ikinci turda Marin Le Penin əleyhinə səs verməyə çağırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az