Fransa Ukrayna ilə bağlı məsələdə ilkə imza atdı

13:31 - 11 Aprel 2022

Fransa Ukrayna ilə bağlı məsələdə ilkə imza atdı

“Fransa Kiyev ətrafında törədilmiş hərbi cinayətlərin araşdırılmasına kömək etmək üçün Ukraynaya texniki və elmi jandarm dəstəsi göndərib”.

 

Manset.az xəbər verir ki, bu barədə Fransanın Ukraynadakı səfiri Etienne de Poncins öz tviterində məlumat verib.

“Kiyev ətrafında törədilmiş hərbi cinayətlərin təhqiqatında öz yoldaşlarına kömək etməyə gələn texniki və elmi jandarm dəstəsini Lvovda salamlamaqdan qürur duyuram”, - deyə o bildirib.

Səfir qeyd edib ki, Fransa ilk ölkədir ki, Ukraynaya belə yardım göstərir.

Onun sözlərinə görə, heyət aprelin 12-dən öz işinə başlayacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az