Bu ölkə Ukrayna üçün Avropaya 50 personal göndərir

14:40 - 11 Aprel 2022

Bu ölkə Ukrayna üçün Avropaya 50 personal göndərir

Yeni Zelandiyanın baş naziri Casinda Ardern Ukraynaya dəstək üçün 50 hərbçi və “C-130 Hercules” təyyarəsinin Avropaya göndəriləcəyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ardern qlobal sabitlik üçün Avropa regionunda sülhün zəruri olduğunu və Yeni Zelandiyanın dəstəyinin məqsədinin Ukraynaya Rusiyanın hücumlarını dəf etməkdə kömək etmək olduğunu bildirib.

Bir ölkəyə edilən bu hücumun hər kəs üçün “təhdid” olduğunu vurğulayan Ardern, bu vəziyyətdə Yeni Zelandiyanın da rol oynamalı olduğunu qeyd edib.

Bildirilib ki, aprelin 13-də Yeni Zelandiyadan havaya qalxması planlaşdırılan təyyarə Ukrayna ərazisinə daxil olmayacaq, avadanlıq və təchizatların paylama mərkəzlərinə daşınması üçün Avropaya yerləşdiriləcək.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az