Rusiyalı pilot nasist salamına görə üzr istədi - VİDEO

14:38 - 12 Aprel 2022

Rusiyalı pilot nasist salamına görə üzr istədi - VİDEO

Gənclər üzrə Avropa kartinq çempionatında iştirak edən 15 yaşlı idmançı Artem Yerasiyux mükafatlandırma mərasimi zamanı verdiyi nasist salamına görə üzr istəyib. 

 

Manset.az xəbər verir ki, o, nasizmi dəstəkləmədiyini bildirib: “Mən etdiyim jestə görə üzr istəyirəm. Nasistləri dəstəkləmirəm və hər kəsin məni başa düşəcəyinə ümid edirəm”. 

Qeyd edək ki, Portuqaliyada baş tutan çempionatda  İtaliya bayrağı altında çıxış edən rus idmançı öz nasist salamı ilə sosial şəbəkələrdə kəskin tənqidlərə məruz qalıb. İdmançının bu hərəkətindən sonra FIA bunun yolverilməz olduğunu və ciddi tədbirlər görüləcəyini bildirmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az