Yelena Zelenskaya Volodimir Zelenski haqqında danışdı

15:25 - 12 Aprel 2022

Yelena Zelenskaya Volodimir Zelenski haqqında danışdı

Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya müharibə başlayandan bəri ilk dəfə açıqlama verib. 


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenskinin həyat yoldaşı, birinci xanım Yelena Zelenskaya “Vogue” moda jurnalına müsahibə verib. 
Həyat yoldaşı ilə uzun müddətdir yalnız telefonla əlaqə saxladıqlarını bildirən Zelenskaya "Əvvəlcə emosiyaya vaxt yox idi. Uşaqlarla, onların emosional vəziyyəti ilə məşğul olmaq lazım idi. Mən də çalışdım ki, onlarla danışanda özünə güvənən, gülərüzlü, enerjili olum. Başa saldım ki, bəli, zirzəmiyə enməliyik və ona görə də işığı yandıra bilmərik.“Atamızı nə vaxt görəcəyik?” sualına “tezliklə” deyə optimist şəkildə cavab verməyə çalışdım. İlk günlərdə onunla qala biləcəyimizə ümid edirdim. Amma prezident aparatı hərbi obyektə çevrilmişdi. Buna görə də mənim və uşaqlarımın orada qalmasına icazə verilmədi. Bizə tapşırıldı ki, təhlükəsiz yerə köçək, təhlükəsiz yer tapaq. Əgər təhlükəsiz yer tapmaq mümkünsə... O vaxtdan biz Volodimirlə ancaq telefonla əlaqə saxlayırıq”  deyə, bildirib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az