Rus ordusuna qarşı döyüşmək istəyən Çexiya vətəndaşlarına icazə verilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çexiya prezidenti Miloş Zeman 400-ə yaxın müraciətdən 103 çex vətəndaşının Ukrayna ordusu sıralarına cəlb olunmasını təsdiqləyib.
Prezidentin mətbuat katibi Jiri Ovçaçek sosial media hesabından açıqlama verib:
“Prezident Miloş Zeman 585/2004 saylı hərbi xidmət və təhlükəsizlik haqqında qanuna əsaslanaraq Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq tələbi ilə bağlı 103 vətəndaşın müraciətini qəbul edib və qərar imzalayıb. qərar. Qərar baş nazirin imzasından sonra qüvvəyə minəcək”.
Ovçaçek Müdafiə Nazirliyində baxılmaqda olan yüzlərlə müraciətin olduğunu da bildirib.