Rusiyalı hərbçilərin dinc ukraynalıları öldürməsinə dair daha bir tükürpədən sübut - ANBAAN VİDEO

12:59 - 12 May 2022

Rusiyalı hərbçilərin dinc ukraynalıları öldürməsinə dair daha bir tükürpədən sübut - ANBAAN VİDEO

CNN Ukrayna vətəndaşlarının rusiyalı hərbçilər tərəfindən öldürülməsinə dair daha bir sübut dərc edib. Kadrlardan görünür ki, silahsız iki sakin yolla getdikləri yerdə rusiyalı hərbçilər tərəfindən güllələnir.

 

Manset.az xəbər verir ki, hadisənin martın 16-da Kiyev vilayətində baş verdiyi bildirilir.

Qeyd edək ki, bu, rusiyalı hərbçilərin Ukraynada mülki əhaliyə qarşı ilk belə hücumu deyil. Bundan əvvəl rusiyalı hərbçilərin içərisində ukraynalı ailə olan minik avtomobilinin üstündən zirehli transportyorla keçməsi və 10 yaşlı uşağın gözü qarşısında anasını yandırmaları barədə xəbər vermişdik.

Ümumiyyətlə, Rusiya hərbçilərinin nəzarətindən azad edilmiş təkcə Kiyev vilayətinin ərazisindən yüzlərlə dinc sakinin meyiti çıxarılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az