“Pussy Riot” qrupunun lideri Mariya Alyoxina kuryer paltarı geyinərək ev dustaqlığından qaçıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Alyoxinanın aprel ayında Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsini tənqid etdiyinə görə ev dustaqlığına qərar verilib.
Bundan sonra hakimiyyət onu 21 sutkalıq cəzaçəkmə müəssisəsinə göndərmək qərarına gəldiyini bildirib.
Qaçmağa qərar verən Alyoxina Moskvadakı evindən yemək daşıyan kuryer geyimində dostunun evinə gedib.
Dostu əvvəlcə onu Belarusa aparıb, oradan isə bir həftəlik səylərdən sonra Litvaya üz tutub.
Rusiyalı fəal oradan isə islandiyalı rəssam Raqnar Kjartanssonun köməyi ilə İslandiyaya gedib.

![]()