logo
logo logo
logo

“Real”ın gənc futbolçusunu hədəfə aldılar

00:30 - 27 Noyabr 2026

“Real”ın gənc futbolçusunu hədəfə aldılar

“Yuventus” “Real”ın ikinci komandasında çıxış edən Daniel Yanesi transfer etməyi hədəfləyir.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, Turin klubunun idman direktoru UEFA Gənclər Liqasında PSV-yə qarşı keçirilən oyunu izləyərək 19 yaşlı vingerin çıxışını dəyərləndirib. 

“Yuventus” ispaniyalı futbolçunun inkişafını yaxından izləyir və gələcəkdə onu transfer etməyi nəzərdən keçirir.

Qeyd edək ki, “Transfermarkt” portalı Yanesi 4 milyon avro dəyərləndirir. O, bu mövsüm UEFA Gənclər Liqasında 5 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. “Kastilya”nın heyətində İspaniyanın üçüncü liqasında keçirdiyi 13 oyunda isə 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Gənc futbolçu “Real”ın əsas komandasında da 3 matçda iştirak edib və 1 məhsuldar ötürmə verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az