YAP Yasamal rayon təşkilatında şəhid ailələri və qazilərlə görüş keçirilib - FOTOLAR

19:22 - 8 Aprel 2024

YAP Yasamal rayon təşkilatında şəhid ailələri və qazilərlə görüş keçirilib - FOTOLAR

YAP Yasamal rayon təşkilatında şəhid ailələri və qazilərlə görüş baş tutub. 

 

Manset.az xəbər verir ki, görüşdə çıxış edən Bəxtiyar Nəbiyev şəhid ailələrini və qaziləri qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib. Bəxtiyar Nəbiyev qeyd edib ki, şəhid ailələri, qazilər və müharibə veteranları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının vitse- prezidenti Mehriban xanım Əliyevanın daim diqqəti ilə əhatə olunublar. Dövlət başçısının müvafiq fərman və sərəncamları əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Əlil və şəhid ailələrinin maddi və mənəvi şəraitinin yaxşılaşdırılması Azərbaycan

Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Sonda Bəxtiyar Nəbiyev şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına diqqət və qayğının mənəvi olaraq hər birimizin borcu olduğunu qeyd edib.

Sonra görüşdə şəhid ailələri adından çıxış edən “Azərbaycan” bayrağı ordenli Şəhid Nurlan Mustafayevin anası Rəhilə Ramazanova bildirib ki, bu gün Nurlanım kimi mərd və igid oğullar yetişdirən şəhid analarının məğrur xalq olaraq hər bayramı fərəhlə qeyd edirlər. Rəhilə Ramazanova hər zaman şəhid ailələrinə və qazilərə göstərdiyi diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə və ölkənin birinci xanımı, vitse- prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Daha sonra çıxış edən “Qarabağ” ordenli igidimiz Qazi Şamxal Ağayev bildirib ki, “İstər 44 günlük müharibəsi dövründə, istərsə də lokal antiterror əməliyyatları zamanı düşmən təxribatlarının qarşısının alınmasında orduya olan inam, bizə göstərilən mənəvi dəstək qələbə qazanmağımıza gətirib çıxardı. Şamxal Ağayev bildirib ki, biz hər zaman Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın diqqətini hiss etmişik. Dövlətimizin rəhbərliyinin davamlı olaraq şəhid ailələri və qazilərlə görüşməsi, onların problemləri ilə maraqlanması bunun bariz nümunəsidir. Azərbaycan Ordusu bu diqqətdən və xalqın sevgisindən hər zaman güc alıb Mənfur düşmən bizim gücümüzü bilir. Odur ki, biz istənilən zaman döyüşə və istənilən təxribatın qarşısını almağa hazırıq”.

Daha sonra YAP Yasamal rayon təşkilatı tərəfindən Ramazan bayramı münasibətilə keçirilən yardım aksiyasında 50 şəhid ailəsinin, 100-ə yaxın qazi ailələrinin evləri ziyarət edilib, onlara bayram sovqatı paylanılıb və qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edilib. Şəhid ailələri və qazilər də öz növbələrində onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və ölkənin birinci xanımı, vitse- prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.
 



Xəbər xətti

1 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin