Prezident keçmiş məcburi köçkünlərin işlə təmin edilməsindən danışdı
16 May 2024
10:06 - 15 Aprel 2024
Fransanın birinci xanımı Brijit Makron onun kişi olaraq dünyaya gəldiyinə dair iddiaları irəli sürənləri məhkəməyə verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ilk məhkəmə iclası iyun ayında keçiriləcək.
Jurnalist Natacha Reyin açdığı iddia edilən saxta hesablardakı yazılar sübut kimi təqdim olunacaq.
Rey bu barədə ilk dəfə 2021-ci ildə iddia qaldırıb.
Rey və tərəfdarları birinci xanımın adının Jean-Michel Trogneux olduğunu və birinci əri Andre-Luis Auzierenin əslində mövcud olmadığını müdafiə ediblər.
Birinci xanımın qız adı Trogneuxdur. Böyük qardaşının adı da Jan-Mişeldir. Auziere ilə evliliyindən üç övladı olan birinci xanım, tanış olduqları zaman 15 yaşında olan prezident Emmanuel Makronun müəllimi olub. Auziere 2020-ci ildə 68 yaşında vəfat edib.
Brijit Makronun Jan Mişel Trogneux olduğu iddia edilib.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin