Bu yolda hərəkət məhdudlaşdırılacaq - FOTO

12:08 - 18 Aprel 2024

Bu yolda hərəkət məhdudlaşdırılacaq - FOTO

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) aparılacaq təmir işləri ilə əlaqədar olaraq 19 aprel saat 08:00-dan 21 aprel saat 22:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 

 

Manset.az xəbər verir ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
 
Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.



Xəbər xətti

1 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin