"Real Madrid"i Çempionlar Liqasının yarımfinalına çıxaran futbolçunun sevinci səs-küyə səbəb oldu

13:15 - 18 Aprel 2024

“Real Madrid”in “Mançester Siti”ni mübarizədən kənarlaşdırdığı oyunda son penalti ilə matçı qazanan "Real Madrid"in uğurlu müdafiəçisi Antonio Rüdigerin etdiyi jest sosial mediada qısa zamanda milyonlarla insan tərəfindən bəyənilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Antonio Rüdiger kameralara "Allahu Əkbər, yes!" deyə qışqıraraq şəhadət barmağı ilə göy üzünün göstərib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Real Madrid” səfərdə “Mançester Siti” ilə qarşılaşıb. İlk görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb və heç bir komanda üstünlük əldə edə bilməyib. İlk 90 dəqiqə, daha sonra isə 120 dəqiqə heç-heçə bitdikdən sonra son söz penaltilərdə qalıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

1 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin