Təcili yardıma 17 müxtəlif nömrədən 2 mindən çox zəng - 5 il həbs

17:23 - 18 Aprel 2024

Təcili yardıma 17 müxtəlif nömrədən 2 mindən çox zəng - 5 il həbs

 

İngiltərədə Sonia Nikson adlı qadın 3 il ərzində 999 təcili zəng mərkəzinə 2 mindən çox zəng edərək məşğul saxladığı üçün 5 il həbs cəzasına məhkum edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə İngiltərə polisi bu gün açıqlama verib.

Açıqlamada, “Sonia Nixon (57) 2023-cü ildə təcili yardım xəttinə 1194 dəfə zəng edib. O, 2021-2023-cü illər arasında zəng mərkəzinə zəng etmək üçün 17 müxtəlif mobil telefon nömrəsindən istifadə edib və bu da onu o dönəmdə ən çox zəng edən beşinci adam edib. Nikson çərşənbə günü, yanvarın 10-da 2003-cü il Rabitə Aktını pozduğuna görə saxlanılıb və ona qarşı 670 ayrı cinayətdə ittiham edilib. Hesab edilir ki, davamlı cinayətkarlar 999 sistemindən sui-istifadə etdiklərinə görə beş ay ərzində Metropoliten Polisinə təxminən 4500 funt-sterlinqə başa gəliblər ki, bu da operatorların həqiqi fövqəladə hallara nə qədər tez reaksiya verə biləcəyinə əhəmiyyətli dərəcədə təsir göstərir” deyilib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

1 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin