Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirildi - FOTOLAR

20:09 - 18 Aprel 2024

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirildi - FOTOLAR

YAP Yasamal rayon təşkilatının “K.Kazımzadə küç. 100 A” (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) ərazi partiya təşkilatında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.

 

Manset.az-ın məlumatına görə, giriş nitqi ilə çıxış edən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. "Ulu öndər Heydər Əliyev hər zaman öz xalqına qarşı olan dərin sevgisini açıq şəkildə nümayiş etdirib. Onun dövlətçiliyimizin ən ağır dönəmlərində ölkə rəhbərliyinə qayıdışı Azərbaycan xalqını işıqlı gələcək naminə ruhlandırmışdır" - deyən Vüqar Kərimov bu gün dövlətçiliyimizin qarantı olan ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin Azərbaycanın ən yüksək səviyyədə inkişaf istiqamətlərini təmin etdiyini bildirib.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ulu öndər Heydər Əliyevin həyatı və Onun zəngin irsi barəsində tədbir iştirakçılarına ətraflı məlumat verdi. Bildirdi ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir: "Tarixin ən böyük vətənpərvəri olan ulu öndər Heydər Əliyev istər sovetlər dönəmində, istərsə də, müstəqillikdən sonra ölkəyə rəhbərlik etdiyi müddətdə daima milli-mənəvi dəyərlərimizi yüksək tutub, onların tərənnümünü həyata keçirib. Bu gün hər bir Azərbaycan vətəndaşı xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsini mənimsəyir. Çünki Onun bizlərə miras olan zəngin irsi xalqımızın yüz illiklər boyu faydalanacağı bir mənbədir". 

Bəxtiyar Nəbiyev ulu öndər Heydər Əliyevin uğurlu siyasətini bu gün böyük əzmlə davam etdirən möhtərəm Prezident İlham Əliyevin Azərbaycanı dünyada lider dövlətə çevirdiyini bildirib.

Sonra çıxış edən “K.Kazımzadə küç. 100 A” (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) ərazi partiya təşkilatının sədri Amil Sefiyev Ümummilli lider Heydər Əliyevin zəngin irsindən Onun görkəmli dövlət xadimi kimi xidmətlərindən bəhs edib. Amil Sefiyev çıxışında dahi öndər Heydər Əliyevin Azərbaycanın dünəni, bugünü və gələcəyi üçün fenomen bir şəxsiyyət olduğunu bildirib. O, qeyd edib ki, ulu öndərin miras qoyduğu  müstəqil Azərbaycan bu gün öz inkişafının ən yüksək pilləsindədir.

Daha sonra təşkilati məsələlərə baxılıb, Əliheydər Abbaszadə səsvermə yolu ilə ərazi partiya təşkilatının sədr müavini seçilib, Yeni Azərbaycan Partiyası sıralarına müraciət edən bir şəxslərin təqdimatına baxılıb və partiya sıralarına qəbul olan şəxslərə üzvlük vəsiqələri təqdim edilib.



Xəbər xətti

1 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin