"Çinə Rusiya, Rusiyaya isə Çin lazımdır" - Lavrov

17:32 - 03 Oktyabr 2024

\"Çinə Rusiya, Rusiyaya isə Çin lazımdır\" - Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Çinin firavan və sabit ölkə olmasında maraqlı olduğunu və Çinin güclü və uğurlu Rusiyaya ehtiyacı olduğunu bildirib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Sergey Lavrov vurğulayıb ki, iki böyük dövlət arasında mehriban qonşuluq, dostluq və əməkdaşlıq ruhu ilə nümunəvi bir münasibət modeli mövcuddur:

"Bu gün Rusiya-Çin əməkdaşlığı yeni dövrə qədəm qoyan hərtərəfli strateji tərəfdaşlıq və qarşılıqlı əlaqə xarakteri alıb. Ancaq ən önəmlisi odur ki, strateji müdriklik və dözüm nümayiş etdirməyi bacarırıq".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az