Onları 7 min manatadək cərimə gözləyir - Prezident təsdiqlədi
13 Dekabr 2024
15:50 - 28 Noyabr 2024
Türkiyə ilə Pakistan arasında müdafiə sənayesi şirkətlərinin qurduğu əlaqələrə yenisi əlavə edilib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Türkiyənin Ramsa Müdafiə şirkəti və Pakistanın tank istehsalı üzrə dövlət şirkəti HIT arasında 14 fərqli sahə üzrə qarşılıqlı razılaşma memorandumları və müqavilələr imzalanıb.
Bu əməkdaşlıqda ağır silah borusu istehsalı, texnologiya transferi və ehtiyat hissələrinin paylaşılması mövzuları yer alır.
Ramsa şirkəti özünün inkişaf etdirdiyi TURAL - insan idarəsinə ehtiyac olmadan hərəkət edən yerüstü vasitəsinin Asiya istehsalını Pakistanla birgə həyata keçirmək üçün niyyət anlaşması imzalayıb.
Ramsa Müdafiə şirkətinin rəhbəri Ramazan Gücükturalı ilk çatdırılmanın bir neçə həftə içində həyata keçiriləcəyini və bu əməkdaşlığın daha geniş istehsal və inkişaf sahələrini əhatə edəcəyini bildirib. Gücükturalı həmçinin yerli firmalarla əməkdaşlığa açıq olduqlarını və yeni investisiya imkanları üzrə iş apardıqlarını qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin