Azərbaycanda DƏHŞƏT! Anasını balta ilə öldürdü - TUTULDU

23:54 - 29 Yanvar 2022

Azərbaycanda DƏHŞƏT! Anasını balta ilə öldürdü - TUTULDU

Xaçmazda yol patrul xidmətinin əməkdaşları anasını öldürən oğulu tutub.

 

Manset.az report-a istinadən xəbər verir ki, anasını balta ilə qətlə yetirdikdən sonra hadisə yerini tərk edərək gizlənən Ramiz Sultanov günün ikinci yarsında Xaçmaz şəhəri ərazisində tutulub.

Belə ki, Ramiz Sultanov Xaçmaz ərazisində xidmət aparan YPX-nin inispektoru, polis serjantı Fəqan Babayev tərəfindən kafelərin birində tutularaq Xaçmaz Rayon Polis Şöbəsinə təhvil verilib.

Xatırladaq ki, hadisə yanvarın 13-də baş verib. Rayonun Əzizli kənd sakini Ramiz Sultanov anasını qətlə yetirərək hadisə yerini tərk edib. Həmin şəxsin saxlanılması üçün polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri görülüb.

Qeyd edək ki, R.Sultanov ruhi xəstədir.



Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin