“Mənə bildirirlər ki, Rusiya qazı pisdir, amma heç kim onu necə əvəz edəcəyimizi demir” - Orban

22:54 - 19 Oktyabr 2022

“Mənə bildirirlər ki, Rusiya qazı pisdir, amma heç kim onu necə əvəz edəcəyimizi demir” - Orban

“Heç kim bizə rus qazını necə əvəz edəcəyimizi demir”.

 

Manset.az xəbər verir ki, bu barədə Macarstanın Baş naziri Viktor Orban “Twitter“ hesabında paylaşım edib.

“Mənə deyirlər ki, Rusiya qazı pisdir. Mənə deyirlər ki, biz onu almağı dayandırmalıyıq. Amma heç kim bizə Rusiya qazını necə əvəz edəcəyimizi demir. Beş ildən sonra yox, sabahı nəzərdə tuturam. Biz öz iqtisadiyyatımızı davam etdirməliyik. Məsələ bu qədər sadədir”,- deyə paylaşımda bildirilib.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin