ATƏT Ermənistana qiymətləndirmə qrupu göndərəcək

23:00 - 19 Oktyabr 2022

ATƏT Ermənistana qiymətləndirmə qrupu göndərəcək

ATƏT oktyabrın 21-27-də Ermənistan hökumətinin dəvəti ilə bu ölkəyə ehtiyacların qiymətləndirilməsi qrupu göndərəcək.

 

Manset.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, səfərin məqsədi ATƏT-in inteqrasiya olunmuş təhlükəsizlik konsepsiyası çərçivəsində onun mandatı və təcrübəsi əsasında müəyyən sərhədyanı ərazilərdə vəziyyəti qiymətləndirməkdir.

Beynəlxalq ekspertlərdən və ATƏT Katibliyinin nümayəndələrindən ibarət texniki qrup Ermənistan-Azərbaycan sərhədi boyu ərazilərə səfər edəcək, eləcə də yerlərdə beynəlxalq tərəfdaşlarla məsləhətləşəcək.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin