21 fevral Beynəlxalq Bələdçilər Günüdür

18:20 - 21 Fevral 2023

21 fevral Beynəlxalq Bələdçilər Günüdür

Hər il 21 fevral dünyada Beynəlxalq Bələdçilər Günü kimi qeyd olunur. Bu gün 1990-cı ildən Ümumdünya Turist Bələdçiləri Assosiasiyaları Federasiyası (WFTGA) tərəfindən bələdçilərin işinin əhəmiyyəti haqqında ictimaiyyəti məlumatlandırmaq məqsədilə qeyd olunur.

 

Ölkəmizə səfər edən turistlərin xüsusi maraq göstərdiyi İçərişəhər və Qala qoruqlarında hazırda müxtəlif dillərdə 14 peşəkar bələdçi fəaliyyət göstərir. 2022-ci il ərzində İçərişəhər və Qala qoruqları ərazilərində 40000-dən artıq ziyarətçiyə ekskursiya xidməti göstərilib.

Beynəlxalq Bələdçilər Günü münasibətilə İçərişəhər və Qala qoruqlarının bələdçilərinin simasında bütün bələdçiləri təbrik edir və onlara işlərində uğurlar arzulayırıq!


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin