Əhməd Məsud əfqanları “Taliban”a qarşı üsyana çağırdı

20:44 - 6 Sentyabr 2021

Əhməd Məsud əfqanları “Taliban”a qarşı üsyana çağırdı

Xəbər verdiyimiz kimi, Əfqanıstanda nəzarəti ələ keçirən "Taliban” səhər saatlarında Pəncşirin tutulduğunu elan edib.

Manşet.az xəbər verir ki, Milli Müqavimət Cəbhəsinin lideri Əhməd Məsud əfqan xalqını "Taliban”a qarşı müqavimət göstərməyə çağırıb.

"Sizi vətənimizin şərəfi, azadlığı və qüruru üçün ümumi bir üsyan başlatmağa çağırıram”, - Ə.Məsud səsli mesaj yayımlayıb.

Səsli mesajda bölgədəki vəziyyətlə bağlı hər hansı məlumat verilməyib.

Əhməd Məsud bildirib ki, insanlar silahlı müqavimət, ya da etiraz etməklə mübarizə apara bilərlər.

 

O qeyd edib ki, Milli Müqavimət Cəbhəsi sonunadək "Taliban”la mübarizə aparanların yanında olacaq.


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin