Bakıda kanalizasiya quyusundan meyit tapıldı

18:09 - 7 Avqust 2023

Bakıda kanalizasiya quyusundan meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonunda kanalizasiya quyusuna düşən 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

 

Manset.az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin