Daha bir "Yardım" fırıldağı - İDDİA (FOTO)

17:17 - 25 Avqust 2023

Daha bir

Sosial şəbəkələrdə xəstə azyaşlıya yardım adı ilə daha bir fırıldaqçılıq halına rast gəlindiyi iddia edilir. 

 

Manset.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin baş mütəxəssisi Hicranə Əlişqızı paylaşım edib.

Qeyd olunur ki, paylaşımda Ömər adlı azyaşlının əməliyyatı üçün 12500 manat vəsait tələb olunur. 

Maraqlısı budur ki, sözügedən əməliyyatın icrası icbari tibbi sığorta təminatına daxildir. İddiaya görə, valideyn adı ilə çıxış edən şəxsin qeyd etdiyi mobil nömrəyə əvvəl zəng çatmayıb, mesajlara isə cavab verməyib. Qeyd olunan kart da başqa adamın adınadır.

Məlumata görə, bu adda uşaqla bağlı heç bir tibb müəssisəsinə müraciət edilməyib.

Anlaşılan odur ki, kimlərsə bu yolla pul mənimsəməyə çalışırlar. 

Sözügedən paylaşımı təqdim edirik:


Xəbər xətti

1 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin