Musa Əzizov faciəvi şəkildə öldü - FOTO

12:10 - 5 Noyabr 2023

Musa Əzizov faciəvi şəkildə öldü - FOTO

Tanınmış pedaqoq Musa Əzizov (Musa Əziz) faciəli şəkildə vəfat edib.

 

Manset.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, M.Əziz yolu keçərkən onu avtomobil vurub.

Nəticədə ziyalı dünyasını dəyişib.

Hadisənin Gəncə şəhərində baş verdiyi qeyd edilir.

Qeyd edək ki, Musa Yunis oğlu Əzizov 5 iyun 1948-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində dünyaya göz açıb.

O, uzun müddət pedaqoji fəaliyyətlə məşğul olub və eləcə də müxtəlif mövzuları əhatə edən yazıları ilə dövri mətbuatda çıxış edib. O, həmçinin uzun müddət Kəlbəcərdə çıxan "Yenilik" ("Kəlbəcər harayı") qəzetinin əməkdaşı olub.    

M.Əzizov həm də YAP Kəlbəcər rayon təşkilatının Veteranlar Şurasının üzvü olub.

Allah rəhmət eləsin!



Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin