Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyət Xalq Partiyasının yeni sədri Özgür Özəl üçün dediyi "Al birini, vur digərinə. Bunların bir-birindən heç bir fərqi yoxdur" sözlərinə CHP cəbhəsindən cavab gecikməyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, CHP İstanbul Millət vəkili Suat Özçağdaş prezident Ərdoğan üçün kabuslu günlərin başlayacağını söyləyib:
"Ərdoğanın səsi zəhərli bir dildir. Bizim o dillə işimiz yoxdur. Tayyib Ərdoğan hərəkətimizin istiqamətini təyin etməyəcək. Tayyib Ərdoğan üçün kabuslu günlər başlayacaq. CHP-nin ideoloji və siyasi xəttini müəyyən etmək Tayyib Ərdoğanın haqqı və ya həddi deyil. CHP-li vətəndaşlar nə deyəcəksə onu söyləyər. Vətəndaşlar da ona görə qərar verir. CHP-də ən çox tənqid etdiyimiz "aman, nə deyəcəklər?” siyasətinin bizi kilidləməsidir. Buna görə də, çox vacib imkanlara baxmayaraq, demək olar ki, bütün qələbə şanslarımızı itiririk”.
Qeyd edək ki, CHP daxili seçimlərində Özgür Özəl qurultayda 812 səs toplayaraq Kamal Kılıçdaroğluna qalib gəlib. Rəcəb Tayyib Ərdoğan CHP-dəki dəyişiklikdən sonra "Bay-bay Kamalkimə “bay-bay” dedi? Ədirnədəki terror lideri Dəmirtaşa və Kavalaya "bay-bay" dedi. Qalib də Dəmirtaşla Kavalanı salamladı. Birini götür, digərini vur. Bunların bir-birindən heç bir fərqi yoxdur. Terror təşkilatları ilə çiyin-çiyinə yeridilər. 12-13 seçkidə uduzdun, həmişə onlarla bərabər idin. Qalib, sən də onlarla bərabər idin" demişdi.
Əfsanə
Manşet.az