Bu 3 rayonun bir sıra kəndləri ləğv edilir

13:29 - 5 Dekabr 2023

Bu 3 rayonun bir sıra kəndləri ləğv edilir

Füzuli, Cəbrayıl və Laçının bir sıra kəndləri ləğv edilir.

 

Manset.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində qeyd olunub.

Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Veysəlli və Ağbaşlı kəndlərinin, Cəbrayıl rayonunun inzibati ərazi bölgüsünə daxil olan Sancalı kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Məzrə kəndinin və Laçın rayonunun inzibati ərazi bölgüsünə daxil olan Köhknəkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Alıcan kəndinin ləğv edilərək ərazilərinin bütövlükdə Xocavənd rayonunun inzibati ərazisinə verilməsi qeyd edilib.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.


Xəbər xətti

1 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin