Gəncədə mənzildən meyit tapıldı

21:50 - 11 Dekabr 2023

Gəncədə mənzildən meyit tapıldı

Gəncə şəhərində mənzildən meyit aşkarlanıb.

 

Manset.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində, Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü N.Bayramovun meyiti aşkarlanıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, mərhumun ürək çatışmazlığından vəfat etdiyi və yaxınları bir neçə gündür ondan xəbərsiz olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

1 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin