ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpinlə üçtərəfli görüşünü faktiki olaraq "üçlük sammiti" adlandırıb.
Manset.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə Asiya turnesinin yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, səfər çərçivəsində apardığı danışıqlar beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verib.
"Dörd gün ərzində 20-dən çox dünya lideri ilə görüşdüm, iki yeni ticarət sazişi imzaladım, daha 10-a yaxın saziş isə yaxın vaxtlarda imzalanacaq. Dörd böyük beynəlxalq sammitdə iştirak etdim, ABŞ-nin regionun bütün ölkələri ilə müttəfiqlik münasibətlərini bir daha təsdiqlədim və bütün dünyada sülh və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verdim", – Ağ Evin rəhbəri bildirib.
Tramp Asiya turnesini ABŞ prezidentlərinin ölkə tarixində xaricə həyata keçirdiyi ən uğurlu səfərlərdən biri kimi xarakterizə edib.