logo
logo logo
logo

“Beşiktaş”ın İsrail klubu ilə oyununda dava düşdü - Matç dayandırıldı

22:34 - 26 Noyabr 2026

“Beşiktaş”ın İsrail klubu ilə oyununda dava düşdü - Matç dayandırıldı

UEFA Avropa Liqasının əsas mərhələsində “Beşiktaş”la “Hapoel” (Beer-Şeva) arasında keçirilən görüşdə xoşagəlməz hadisə yaşanıb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, Gürcüstanın Batumi şəhərindəki “Batumi Arena”da baş tutan matçın ilk hissəsində tribunada azarkeşlər arasında qarşıdurma yaranıb.

Yerli polisin “Beşiktaş” azarkeşlərinə müdaxiləsindən sonra hakimlər paltardəyişmə otağına yollanıblar.

Beləliklə matç dayandırılıb. Qarşılaşmanın davam etdirilib-etdirilməyəcəyi ilə bağlı qərarın hakimlər briqadasının qiymətləndirməsindən sonra veriləcəyi gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az