Təyyarə Bakıdan Tbilisiyə uça bilmədi

08:58 - 17 Fevral 2024

Təyyarə Bakıdan Tbilisiyə uça bilmədi

“Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

 

AZAL-dan Manset.az-a bildirilib ki, buna səbəb Tbilisi hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (duman) olub.

Təyyarə yerli vaxtla saat 08:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin