Oğuzda meşə kənarında silah-sursat aşkarlandı - FOTO

17:26 - 6 Aprel 2024

Oğuzda meşə kənarında silah-sursat aşkarlandı - FOTO

​Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki meşə massivinin kənarından biri yivli olmaqla, 2 ov tüfəngi və həmin silahlara məxsus 1000 patron aşkarlanaraq götürülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, profilaktik tədbirlər zamanı isə rayon sakini olan şəxs atasından qalan sənədsiz tüfəngi könüllü olaraq polisə təhvil verib.



Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin