Zərdabda dəhşət: Ata və 6 yaşlı qızı Kürdə batdı

21:05 - 12 Aprel 2024

Zərdabda dəhşət: Ata və 6 yaşlı qızı Kürdə batdı

Zərdab sakinləri olan ata və qızı Kür çayında batıb.

 

Manset.az  report.az-a istinadən xəbər verir ki, hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən hissəsində qeydə alınıb.

Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisində istirahət edirlərmiş. Bu zaman 6 yaşlı S.S suya yıxılıb. Atası qızı xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb.

Hazırda onların axtarışları davam edir.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin