İran İsraili yeni silahlarla hədələdi

17:24 - 17 Aprel 2024

İran  İsraili yeni silahlarla hədələdi

İran İsrailə qarşı "əvvəllər heç istifadə edilməmiş silahlardan" istifadə edəcəyi ilə hədələyir.

 

Manset.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin mətbuat katibi Abulfazl Amui bildirib.

Onun sözlərinə görə, əgər İsrail aprelin 14-də İranın hücumuna cavab verərsə, Tehran əvvəllər heç vaxt istifadə edilməmiş silahlardan istifadə etməyə hazırdır.

Hərbi ekspert Hamiş de Bretton Qordonun fikrincə, İranın nüvə, bioloji və ya kimyəvi müharibənin başlamasına eyham vurması mümkündür. O, Britaniyanın "Sun" qəzetinə deyib: 

"İnanmıram ki, İranın heç kimin bilmədiyi yeni möcüzə silahı olusun və bununla İsrail və ya Qərbə real təsir göstərə bilsin".

Ekspert hesab edir ki, bu, İranın İsrailin cavab zərbəsi ilə bağlı qorxularından qaynaqlanan blefdir.

Tehranda keçirilən hərbi paradda İran prezidenti İbrahim Rəisi konkret silahlardan istifadə ilə hədələməsə də, İsrailə xəbərdarlıq edib.

Jalə

Manşet.az


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin