AYNA Məhərrəm Səfərlini qanunsuz cərimələdi - FOTO

16:44 - 18 Aprel 2024

AYNA Məhərrəm Səfərlini qanunsuz cərimələdi - FOTO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü Məhərrəm Səfərliyə qanunsuz cərimə yazıb.

 

Bu barədə Manset.az-a açıqlamasında Məhərrəm Səfərli özü məlumat verib:

"Mobil telefonumdakı bu xəbərdarlığı oxuyub məəttəl qaldım. Axı 3 aprel 2024-cü il tarixdə iş otağımda olmuşam. Sonra da fikirləşdim ki, bəlkə, nahar fasiləsində gəzərkən agentliyin nişanladığı yerlərdə yöndəmsiz dayanmışam və dayanma-durma qaydalarını kobud şəkildə pozmuşam. Əgər belə deyilsə, bəs niyə 10 AZN cərimə olunmuşam?
Dözməyib AYNA-nın 1181 qaynar xəttinə zəng etdim və xeyli sevindim. Sən demə, bizim zəngimiz AYNA üçün çox önəmli imiş. Mobil telefonumda 5-10 dəqiqə gözləyəndən və 2.08 AZN ödəyəndən sonra mənə növbə çatdı. Nigar adlı qızın səsini eşidəndə sevindim. Nigar xanım protokolun nömrəsini soruşduqdan sonra o da cərimə olunduğumu bir daha israr etdi. Mənsə haqlı olaraq inkar etdim və həmin gün piyada olduğumu ona xatırlatdım. İndi isə fikirləşdikcə fikirləşirəm. Axı mən niyə cərimə olunmuşam, günahım nə olub? Baş sındırsam da, cavab tapa bilmirəm. Axırda bu qənaətə gəldim ki, yəqin, AYNA-ya pul lazımdır. Pul isə indi hər şeyi həll edir."

 

AYNA-nın göndərdiyi həmin mesajı təqdim edirik:



Xəbər xətti

1 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin