Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi

20:18 - 18 Aprel 2024

Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi

Aksiz markası olmayan külli miqdarda siqaret aşkar edilib.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Manset.az-a verilən məlumata görə, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Yasamal rayonu ərazisində keçirilən tədbirlər nəticəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, ümumilikdə 1058 qutu müxtəlif növ xarici markalı siqaretlər aşkar olunaraq götürülüb.

Hüquqpozmaya yol vermiş şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsi üçün fakt üzrə araşdırma aparılır.


Xəbər xətti

1 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin